Yenilənmiş Audi A3 ailəsinin təqdimatı mart ayında baş tutub və artıq restaylinq keçmiş “qaynar” S3 versiyasının vaxtı gəlib çatıb. Bununla belə, bu model barədə kifayət qədər ətraflı texniki məlumat hələ fevral ayında dərc edilib. İndi isə, modernləşdirmənin bütün təfərrüatları açıqlanıb və avtomobillər bütün möhtəşəmliyi ilə nümayiş etdirilib.

Yenilənmiş Audi S3 sedan və hetçbeki indi daha aqressiv görünürlər. Radiator barmaqlığı və ön bamperdəki hava girişlərinin ölçüləri artırılıb və onlar L formalı naxışı olan daha böyük hüceyrələri alıblar. Arxa bamperdəki böyüdülmüş diffuzor da eyni naxışla bəzədilib.

İşıqlandırma avadanlıqları fərqli bir dizayna sahib olublar və gündüz hərəkət işıqlarının “işıq imzası” üçün dörd seçim təklif edilir. Kuzov rəngləri palitrası tutqun boz Daytona çaları da daxil olmaqla dörd yeni çalarla genişləndirilib.

İnteryerdəki dəyişikliklər mülki versiyalardakı ilə eynidirr: S tronic transmissiyasının daha yığcam selektoru, gümüş haşiyəli havalandırma deflektorları və yeni stəkanaltılar. Kontur işıqlandırması indi mərkəzi tuneli, qapıları (perforasiya edilmiş parça əlavələri ilə) və hətta fincan tutacaqlarını əhatə edir.

S3 versiyasının xarakterik fərqləri aşqa bsükan çarxı, quraşdırılmış baş dayaqları olan oturacaqlar, pedal örtüükləri və tərtibatdakı gümüş aksentlərdir. Multimedia imkanları genişləndirilib - indi beşə qədər üçüncü tərəfin tətbiqini quraşdırmaq olar. İkinci cərgədə iki USB-C konnektoru peyda olub.

Dördsilindrli 2.0 TFSI turbomühərrikinin gücü 310 at qüvvəsindən 333 at qüvvəsinə, fırlanma anı isə, 400 Nm-dən 420 Nm-ə qədər artırılıb. Beləliklə, güc baxımından Audi S3 modeli Volkswagen Golf R yubiley hetçbeki ilə bərabərləşib.

Yeddi pilləli preselektiv S tronic “robotu” saxlanılıb, lakin onun həssaslığı və tam yük altında yeyinliyi iki dəfə artırılıb. Bütün bunlar ilk “yüzlüyə” sürətlənmə müddətini 0,1 saniyə azaltmağa imkan verib: indi bu işə 4,7 saniyə sərf olunur. Maksimal sürət 250 km/saat həddində məhdudlaşdırılıb.

Əsas texniki yenilik tam ötürməli transmissiyada baş verib. Arxa oxda adi muftanın əvəzinə daha güclü Audi RS 3 modelindən götürülmüş Torque Splitter sistemi quraşdırılıb.

Qurğu dartma vektorunu idarə etməyə imkan verən fərdi yan muftalara malikdir ki, onların sayəsində arxa oxa verilən fırlanma anının 100%-ə qədərini təkərlərin hər birinə ötürmək olur. Lakin RS3 modelindən fərqli olaraq, S3 modelində drift rejimi yoxdur.

Audi S3 modelinin asqısı da yenidən işlənilib. Ön tərəfdə yeni dayaqlar və daha sərt qollar quraşdırılıb. Amortizator və sükan sisteminin tənzimləmələrinə yenidən baxılıb ki, bu da həssaslığın artmasını və reaksiyaların dəqiqliyini təmin etməlidir.

Ön əyləc disklərinin diametri 357 millimetrə, qalınlığı isə, 34 millimetrə qədər artırılıb. Öndəki yeni qoşa porşenli mexanizmlər daha böyük yastiqciqlarla işləyir. 225/40 R18 şinləri standart təchizata daxildirlər, lakin əlavə ödəniş qarşılığında daha iti Falken 235/35 R19 şinləri təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Audi S3 sedan və hetçbeklərini artıq Avropadakı diler mərkəzlərində 55 600 avrodan başlayan qiymətlərlə sifariş etmək mümkündür..

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.