Üçüncü nəsil Nissan Qashqai krossoverinin artıq üç yaşı var. Bu müddər ərzində onun istehsal və satış coğrafiyasını xeyli ixtisara düşüb: belə “Qaşqay” krossoverləri yalnız İngiltərə və Çində istehsal olunur. İndi isə, Avropada satılan krossover planlaşdırılmış restaylinqdən keçib.

Qashqai modelinin xarici görünüşü şirkətin daha müasir modelləri - məsələn, Nissan Ariya elektromobili ilə ortaq məxrəcə gətirilib. Əvvəlki V-formalı radiator barmaqlığının əvəzinə, inteqrasiya edilmiş diod işıqlandırma texnikasının hüceyrələri olan yeni geniş barmaqlıq peyda olub (xoş gördük Hyundai Tucson).

Ön fənərlər daha yığcam hala gəliblər. Arxa hissədə isə, fərqli naxışları olan fənərlər və daha çıxıntılı bamper peyda olub. Standart 18 və ya 19 düymlük dsiklərin əvəzinə, tərkibinə 20-düymlük təkər diskləri və idman vurğuları daxil olan N-Design eksteryer paketini də sifariş etmək mümkündür.

Salondakı dəyişikliklər elə də irimiqyaslı deyillər. Burada Android əməliyyat sistemi, quraşdırılmış Google xəritələri və səs köməkçisi olan yeni media sistemi quraşdırılıb. Dairəvi müşahidə sistemi üçölçülü görünüş və “şəffaf kapot” rejimlərini alıb. 

Avtoparklayıcı tez-tez istifadə olunan parkinq yerlərini yadda saxlamağı öyrənib. Ekozamşadan üzlüklər və ön paneldəki gümüş vurğular da daxil olmaqla, salonun yeni tərtibat variantları əlavə edilib.

Bütün texniki hissə əvvəlki kimidir. Baza “mülayim” hibridi startyor-generatoru olan 1,3-litrlik benzin “turbodördlüyə” malikdir. 140 və 158 at qüvvəsinə malik versiyalar var və hər iki versiya ön ötürmə və mexaniki ötürmələr qutusu ilə təchiz edilir. 

Yalnız 158 at qüvvəli mühərriki olan avtomobillər üçün variatorla tandemdə çalışan tam ötürmə sistemi təklif olunur. Tamölçülü Qashqai E-Power hibridi 158 at qüvvəli üçsilindrli 1,5-litrlik VC-Turbo mühərriki ilə təchiz edilib.

Bu mühərrikdən yalnız generator kimi istifadə olunur və onun təkərlərlə əlaqəsi yoxdur. Avtomobil ön oxdakı 190 at qüvvəsinə malik olan elektrik mühərriki ilə hərəkətə gəlir. Dartma batareyasının tutumu cəmi 1,8 kilovat/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu mühərrikdən yalnız generator kimi istifadə olunur və onun təkərlərlə əlaqəsi yoxdur. Avtomobil ön oxdakı 190 at qüvvəsinə malik olan elektrik mühərriki ilə hərəkətə gəlir. Dartma batareyasının tutumu cəmi 1,8 kilovat/saatdır.

Yenilənmiş Nissan Qashqai krossoverlərinin istehsalına artıq İngiltərənin Sanderlend şəhərindəki zavodda başlanılıb və onlar tezliklə Avropa dilerlərinə çatdırılmağa başlayacaqlar. Lakin qiymətlər hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.