Bu günlərdə Kaliforniyada (ABŞ) maraqlı bir hadisə baş verib. Daily Mail nəşrinin bildirdiyinə görə, Redvud şəhərinin polis departamentinin əməkdaşları onların patrul xidməti apardığı yolda sürətlə şütüyən Tesla Model S elektrokarını görüblər.

Dərhal təqibə başlayan polis əməkdaşları sürücünün səs və işıq siqnallarına reaksiya vermədiyini görüblər. Təqib etdikləri elektrokarla bərabərləşən polislər onun sürücüsünün sükan arxasında yuxuladığının və avtomobilin avtopilotda olduğunu görüblər. Polislər avtomobili ötərək onun qarşısına keçmək və rəvan şəkildə yavaşlamaq qərarına gəliblər.

Bu hərəkətin məqsədi avtopilotu təhlükəli vəziyyətin yaradığına inandırmaq olub: adətən belə vəziyyətdə təhlükəli vəziyyəti qiymətləndirən avtopilot sistemi avtomobili yavaşladaraq yolun kənarında saxlamalıdır. Lakin, işlər polisin düşündüyü kimi olmayıb. Ağıllı sistem hərəkəti davam etdirərək polisdən gizlənməyə çalışıb.

Avtomobilin sürücüsü 45 yaşlı Aleksandr Samek sərxoş şəkildə sükan arxasına oturaraq avtopilotu aktivləşdirib və yuxuya gedib. Hadisədən sonra Samek polis tərəfindən dərhal saxlanılıbdır. Polis tərəfindən insidentlə bağlı araşdırma başladılıb. Tesla şirkəti, hələlik baş verən hadisə ilə bağlı şərh verməyib.