AvtoVAZ şirkəti naməlum avtomobilin salon dizaynının patentini qeydə alıb. Çox güman ki, söhbət növbəti nəsil Lada 4x4 ofrouderindən gedir, çünki patentdəki təsvirlər 2018-ci ildə Moskva avtosalonunda debüt edən 4x4 Vision konsept avtomobilinin salonunu təkrarlayır.

Motor.ru saytının bildirdiyinə görə, şəkillər Rospatentin bazasından götürülüb. Patent sənədlərindən interyerin üzərində AvtoVAZ şirkətinin baş dizayneri Stiv Mattin də daxil olmaqla 13 dizaynerin işlədiyi məlum olur. Dizaynerlər klassik quruluşa malik olan salonu yaradıblar. Ön paneldə iki displey mövcuddur ki, onlardan biri cihazlar panelini, digəri isə multimedia sisteminin displeyi rolunu oynayır. Avtomobil geniş salona və iki oturacaq başlığı olan arxa divana malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni dizayna malik olan interyerə 4x4 Vision konseptində rast gəlmək olar. Prototip Veta və Xray modellərində olduğu kimi X-şəkilli ön hissəyə, 21-düymlük təkər disklərinə, panoram tavana, həmçinin salonda quraşdırılmış “süzən” displeylərə malik idi.

Lada 4x4 modelinin 2022-ci ildə nəsil dəyişəcəyi gözlənilir. Yeni “Niva” Renault-Nissan alyansının yeni platformasında inşa ediləcəkdir.