Aztech&Tegeta Motors şirkətinin 15 fevralda açılış tədbiri baş tutdu. Tədbirdə dünyanın 30 müxtəlif ölkəsindən “Aztech&Tegeta Motors”la sıx əməkdaşlıq əlaqələri quran dünya markalarının nümayəndələri iştrak etmişdilər. Xarici qonaqlardan əlavə 100 dən çox yerli şirkət nümayəndələrinin iştirakı açılışa yüksək əhval-ruhiyyəli əlamətdar gün abu-havası qatmışdı.

Açılışda istedadlı “KeJaRa” qrupunun ifasında, canlı, Jazz və Blues janrında olan musiqi müşayəti bu əlamətdar günə rəngarənglik qatdı. İlk öncə şirkətin direktoru Davit Tsakadze gələn qonaqları salamladı və şirkətin fəaliyyəti, gələcək planları və təklif edilən markalar haqqında geniş məlumat verdi. Daha sonra qonaqlar ləziz və nəfis qəlyanaltıları və şərabları zövqlü musiqi müşayətində dadaraq xatirə şəkilləri çəkdirdilər. 

Bu tədbir KİV-nin də marağına səbəb olduğu üçün həm yerli həm də xarici KİV-nin də nümayəndələri tədbirdə iştirak etmişdilər. Şirkətin rəhbərliyi həm yerli həm də gürcüstan telekanallarına müsahibəsində qeyd etdi ki, “AZTECH & TEGETA MOTORS International Groupauto-nun rəsmi üzvlüyünə qəbul edilmişdir və bunula belə Azərbaycan ehtiyyat hissələri bazarına Bridgestone, Michelin, Hankook, Varta, Exide, Optima, Shell, Motul, Meguin, Hengst, ZF Parts, Lemforder, Sachs, Philips, Bosch, BPW, Thermo King, Febi, Federal Mogul və s. kimi 300 ə qədər dünya brendlərini təqdim edəcək.

Mərkəzdə hər marka avtomobil və xüsusi təyinatlı avtotexnika üçün ehtiyyat hissələrinin satışı, servisi və diagnostikası kimi yüksək keyfiyyətli, sərfəli və zəmanətli xidmətlər təklif edilir.

Image alt Image alt Image alt Image alt