General Motors və SAIC şirkəıtləri tərəfindən kütləvi və ucuz avtomobillərin buraxılması üçün yaradılan Baojun markası, krossover seqmentində xüsusilə uğurlu olmuşdur. Əvvəlcə adi minik avtomobilləri ilə uğursuzluğa düçar olan marlka, amma şirkətin düzgün istiqamət götürdüyü aşkardır. Ötən yay, demək olar ki, beş metrlik Baojun RC-6 liftback debüt edib, indi isə, növbə kiçik Baojun RC-5 modelinə çatıb.

Baojun RC-5 modeli ölçülərinə və formatına görə, əvvəlki nəsil Skoda Octavia modelinin analoqu sayıla bilər. Ölçülərdəki fərq hər üç istiqamətdə 20 millimetrdən çox deyil: RC-5 modelinin uzunluğu - 4650 millimetr, eni - 1806 millimetr, hündürlüyü isə 1458 millimetrdir. Təkər bazasının genişliyi 2700 millimetr təşkil edir. Xatırladaq ki, Octavia modelinin təkər bazasının ölçüsü 2686 millimetrdir. Ancaq dizayn baxımından, çex və çin liftbekləri, əlbəttə ki, fərqli qütblərdədirlər.

Baojun RC-5 modeli, daha böyük RC-6 modelinin inşa edildiyi köndələn mühərrikli R modul platformasına əsaslanır. Liftbek öndə McPherson dayaqları, arxada isə yarı müstəqil asqı ilə təchiz edilir. Ötürmə yalnız ön oxadır. Yeni platforma əvvəlki SAIC platformalarından, ilk növbədə, miqyaslanan olması və müasir elektronikası ilə fərqlənir. Məsələn, elektromexaniki "əl əyləci" artıq baza versiyasında mövcuddur, əlavə ödənişlə isə, adaptiv kruiz-kontrolu sifariş etmək olar.

Təqdim olunan top-modifikasiyada virtual cihazlar paneli, kombinə edilmiş oturacaq örtükləri, ön oturacaqların elektriklə tənzimlənməsi, mühərriki işə salma düyməsi və lyuk vardır. Şirkət hələ də təhlükəsizlik yastıqlarının sayını açıqlamayıb. Avtomobilin baqaj bölümünün həcmi açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rcplatformasında inşa edilən digər Baojun modelləri kimi, RC-5 modeli 1.5 99 at qüvvəli 1,5-litrlik atmosfer və həmin mühərrikin 147 at qüvvəli turbo versiyası ilə təklif edilir. Güc aqreqatlarını mexaniki ötürmələr qutusu və ya variator ilə təchiz etmək olar. Baojun avtomobillərinin əsas üstünlüyü ucuz qiymətin olmasıdır və səbəbdən də bahalı hibrid qurğuları oyundan kənar qalırlar.

Baojun RC-5 liftbekinin qiymətləri hələlik elan edilməyib, çünki yeni model satışa yalnız ilin ikinci yarısında çıxacaqdır. Ancaq, Çində daha böyük Baojun RC-6 modelinin qiyməti 12 min dollardan başlayır və RC-5 ondan ucuz olmalıdır. Müqayisə üçün, Skoda Octavia modeli Çində 14 min dollara satılır.