Bentley şirkəti və Britaniyanın ən qədim kuzov atelyelərindən biri olan Mulliner bölməsi, Continental GT kupesinin bazasında yaradılan və orijinal xarici görkəmə malik olan eksklüziv Bacalar barqettasını təqdim edib. Bentley Bacalar Britaniya markasının 1930-cu ildən bəri buraxılan ilk ikiyerli modeli olacaqdır. Qiyməti 1,5 milyon funt sterlinq olan barketta, 12 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır.

Bacalar modelinin vizit kartı, Bentley EXP 100 GT prototipinin motivlərinə əsasən yaradılmış kuzovudur. Modelin dizaynı üzərində 1897-ci ildə yaradılmış və başlanğıcını 18-ci əsrin sonlarından götürən ən qədim kuzovqayırma müəssisəsi olan Mulliner atelyesi çalışıb.

Şirkət stilistləri, arxa fənərlərin forması, 22-düymlük təkərlərin dizaynı sayəsində kiçik seriyalı rodster ilə konsept arasındakı Bağlantını təmin edə biliblər. Adi Continental GTC kabrioleti ilə barkettanı yalnız qapı tutacaqları bağlayır - bütün digər elementlər xüsusi olaraq Bacalar üçün hazırlanmışdır.

Bentley Bacalar barkettasının interyer arxitekturası donor kabrioletinə bənzəyir: virtual cihazlar paneli, "üçbucaqlı" dönən panel, transmissiyanın selektoru və mərkəzi tunelin konfiqurasiyası oxşarlıqları vurğulayır.

Barketta orijinal sükan çarxına, qapı xəritələrınə və qrafik interfeysə, həmçinin mərkəzdəki havalandırma deflektorlarının fərqli dizaynına, 148 min tikişi və təbii yundan hazırlanmış örtüyü olan xüsusi oturacaqlara sahibdir. Avtomobilin maraqlı cəhətlərindən biri, yaşı 5000 ildən yuxarı torf bataqlığında bitən ağacdan Hazırlanmış dekor elementlərindən salon tərtibatında istifadə edilməsidir. Bundan əlavə, barketta üçün, onun oturacaqları ilə eyni rəng sxemində olan və eyni materiallardan hazırlanmış eksklüziv səyahət çantaları dəsti hazırlanıbdır.

Bentley Bacalar donoru olan Continental GT modelinin forma-faktorunu qoruyub saxlayıb: barketta yalnız 20 millimetr genişləndirilmiş arxa təkər izi ilə fərqlənir. Bacalar modelinin yaradıcıları donor modelin qabarit ölçülərindən kənar çıxmaq şanslarına malik olmayıblar. Bu səbəbdən də, rodsterin ön şüşəsinin maillik bucağı, kuzovunun ön və arxa çıxışları, təkər bazasının genişliyi orijinal modellə eynidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bentley Bacalar modelinin təchiz edilidyi 6.0-litrlik W12 biturbo mühərrikinin gücü 659 at qüvvəsinə (+ 24 a.q.) qədər artırılsa da, fırlanma anı 900 Nm olaraq qalıb. Güc aqreqatı 8 pilləli preselektiv "robot" və tam ötürmə sistemi ilə tandemdə çalışır. Aktiv stabilizatorları olan şassi adi Continental GTC modelindən irsən keçib.

Bacalar modeli Bentley markasının yeni modelləri arasında ən bahalı və nadir tapılan avtomobildir. 1,5 milyon funt sterlinq (3,3 milyon manat) başlanğıc qiymətinə baxmayaraq, barkettanın bütün tirajı satılıb.