Bentley şirkəti avtomobil istehsalı ilə yanaşı, digər maraqlı layihələri ilə də seçilir. Birləşmiş Krallıqda fotoelektrik elementləri ilə təchiz edilmiş bağlı dayanacaqdan sonra, britaniya istehsalçısı bioloji müxtəlifliyə öz töhfəsini vermək qərarına gəlib. Bentley yayın sonunda quraşdırdığı iki arı səbətindən 30 kq və ya 100 şüşə bal toplamaq niyyətindədir.

Bentley mütəxəssisləri 50 illik təcrübəsi olan yerli arıcıların köməkliyi ilə arı səbətlərini yerləşdiriblər. Çeşir qraflığının arıçıları şirkətə həşəratların yaşaması üçün ideal məkanı göstərərək, orada iki səbət quraşdırıblar. 

Image alt Image alt Image alt Image alt Image alt

Bentley şirkətinin istehsal üzrə İdarə heyətinin üzvü Piter Boş şirkətin ətraf mühitin yaxşılaşdırılması yollarını aradığını və karbon dioksidinin tullantılarını neytrallaşdırmağa istiqamət götürdüyünü bildirib. Bundan başqa, Boş Bentley şirkətinin bioloji müxtəliflik layihəsinin arıçılıqla məhdudlaşmadığını da qeyd edib.