Bentley şirkəti yolsuzluqda istifadə üçün nəzərdə tutulmuş Continental GT kupesi ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Avtomobil Avstriyanın Zell-am-See şəhərində keçiriləcək GP Ice Race yarışlarında iştirak edəcək və onu məşhur britaniyalı yarışçı Kəti Mənninqs idarə edəcəkdir.

Kupeni qış yarışlarına hazırlamaq üçün Bentley şirkəıtinin avtoidman bölməsinin mütəxəssisləri mümkün olan qədər az dəyişiklik etməyə çalışıblar. Dəyişikliklər yanğınsöndürmə sisteminin, yarış kreslolarının və təhlükəsizlik kəmərlərinin quraşdırılması ilə məhdudlaşıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Continental GT artırılmış klirensə (dəqiq nə qədər olduğu bilinmir), 15 mm genişləndirilmiş təkər izinə, Akrapoviç buraxılış sisteminə və xizəklər üçün bərkitmə nöqtələrinə sahib olub.