Bentley şirkəti Continental GT kupesi və Continental GT Convertible kabrioletinin yeni versiyasını hazırladığını elan edib. Tizerlərdən göründüyü kimi, söhbət Bentayga krossoverində olduğu kimi, “S” indeksi olan versiyadan gedir.

Yeni modifikasiyaların güclü W12 mühərriki ilə təchiz edilmə ehtimal çox azdır, lakin onlar mükəmməlləşdirilmiş idarəetmə xüsusiyyətləri və reaksiya kəskinliyi ilə fərqlənəcəklər. Ehtimallara görə, avtomobillərin asqı və sürmə rejimləri yenidən tənzimlənəcək, eləcə də eksteryerə idman notları əlavə olunacaqdır.

Keçən il Bentley Bentayga krossoveri Bentayga S versiyasını əldə edib. Onu Speed modifikasiyası ilə qarışdırmaq olmaz, çünki kapotun altında 635 at qüvvəli (900 Nm) 6,0-litrlik W12 mühərriki deyil, 550 at qüvvəli (770 Nm) 4,0-litrlik V8 turbomühərriki var. Əlavə “atlar” mükəmməl idarəetmə ilə kompensasiya edilir.

Bentayga S krossoveri standart olaraq aktiv stabilizatorlar və pnevmoasqının daha sərt amortizatorları ilə təchiz edilir. Stabilizasiya sistemi, idman idarəetmə rejimi və dartma vektoruna nəzarət sistemi özünəməxsus sazlanmalara malikdirlər.

Bentley Bentayga S

Müvafiq vizual tərtibatsız da ötüşməyib. Bentley Bentayga S krossoverini tündləşdirilmiş işıq texnikası, Speed versiyasından alınmış spoyleri, qara dekoru və buraxılış sisteminin qara çıxış boruları sayəsində tanımaq olar.

Salonda yeni qrafikası olan cihazlar paneli, dəri və alkantara ilə üzlənmiş oturacaqlar, tikmə-naxışlar və emblem şəklində kiçik “S” hərfləri var. Təxminən eyni dəsti Continental GT kupe və GTC kabrioletinin S-versiyaları alacaqlar. Onların təqdimatı bir neçə gündən sonra, iyunun 6-da baş tutmalıdır, ona görə də istehsalçı hələlik yalnız qeyri-informativ tizerləri göstərməyə üstünlük verib.

Bentley Bentayga S

Şəkildə 275/35 ZR22 şinləri taxılmış 22-düymlük qara rəngli təkər diskləri və “Bentley” yazısı olan qırmızı əyləc supportları göstərilir. Videoda, əlavə olaraq, “S” hərfi olan nişanı da görmək olar. Britaniyalılar yeni versiyaları idarəetmə xüsusiyyətlərini və heyrətamiz görünüşü qiymətləndirən alıcılara yönəldildiyini qeyd edirlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.