Bentley şirkəti Mulsanne modelinin istehsalının dayandırılmasından sonra Britaniya markasının flaqmanı mövqeyini tutan Flying Spur sedanı üçün bir neçə yeni opsiya təklif edib. Bu gündən etibarən "Uçan Mahmızı" ikinci cərgədəki iki fərdi oturacaq və yarıanilin dəri salon ilə sifariş etmək olar. Bundan başqa, modelin rəng palitrasına yeni çalarlar əlavə edilib.

Benltey Flying Spur modelində baş vermiş əsas yenilik ikici cərgədəki iki fərdi oturacağın quraşdırılmasıdır. Kresloları bölən mərkəzi konsolda beş düymlük multimedia displeyi, iki stəkanaltı və kiçik əşyaları saxlamaq üçün əlavə bölmə quraşdırılmışdır. Bundan başqa, dirsəkaltında USB portları və 12-voltluq çıxış gizlədilmişdir. Yeri gəlmişkən, dirsəkaltını qızdırılma funksiyası və smartfonların simsiz doldurulması sistemi ilə təchiz etmək də olar. İnteryeri yarıanilin dəri və əllə edilən çarpaz tikişlər ilə tərtib etmək mümkündür. Tikişlərin ümumi uzunluğu 115 metr təşkil edir.

Sedan, həmçinin ön oturacaqların arxasına quraşdırılmış masalara sahib olub - masalar ağac şponla örtülmüş və elektrik ötürməsi ilə təchiz olunmuşdur. Bundan başqa, Flying Spur sedanı Continental GT kupesində olduğu kimi, tutacaq sensorları olan yeni sükan çarxını da əldə edib. Əlavə olaraq, "Uçan Mahmız" üçün yeni dekorativ işləmələr də təqdim edilib. Yeni dekorlar Côtes de Genève naxışları olan alüminium və parlaq lak ilə örtülmüş karbon lövhələrdən ibarətdir. Sedanın rəng palitrasına üç yeni kuzov rəngi - Viridian, Patina və Snow Quartz çalarları əlavə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bentley, yeni Flying Spur modelinin salonunun şirkətin tarixindəki ən mürəkkəb salon olduğunu gizlətmir. Avtomobil sənayedə ilk dəfə olaraq qapı panelləri üçölçülü toxumalı dəridən hazırlanmış əlavələr ilə örtülüb və salonun tərtibatı üçün üç kilometrdən çox sapdan istifadə olunub. İstehsalda xüsusi iynələrdən istifadə olunur, mütəxəssis hərəkətləri isə o qədər mürəkkəbdir ki, onları heç bir dəzgah təkrar edə bilməz.