Bentley şirkəti iki yüz mininci avtomobilini buraxıldığını bəyan edib. Britaniya istehsalçısı 200.000 avtomobilin yığılmasına 102 il sərf edib. Bentley avtomobillərinin 75 faizindən çoxu son 18 ildə istehsal olunub. Bentley şirkətinin yubiley modeli markanın bestselleri Bentayga krossoverinin Hybrid versiyası olub.

Bentley nümayəndələri 2003-cü ildə Continental GT kupesinin təqdimatından sonra britaniya markasının tirajının ciddi dərəcədə artdığını və hazırda Kryudakı konveyerdən hər gün 85 avtomobilin çıxdığını bildiriblər.

Bentley şirkətinin ümumi istehsal həcmində Continental GT modelinin payı 40%, Continental Flying Spur sedanlarının payı - 20%, Bentayga krossoverinn payı isə 12,5% çatır. Bununla birlikdə, krossoverlərə tələb o qədər yüksəkdir ki, Bentley şirkəti yaxın 10 il ərzində Bentayga krossoverinin Continental GT modelini keçəcəyini və sözsüz bestseller olacağını proqnozlaşdırır.

Firuzəyi rəngli Bentayga hibridi çinli müştərinin sifarişi ilə yığılıb və bu təsadüfi deyil, çünki Bentley şirkəti 2020-ci ildə əldə etdiyi satış rekordunu Çindən olan müştərilərinə borcludur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Son doqquz ay ərzində Bentley şirkətinin fəxr etməsi üçün bir neçə səbəbi olub. Keçən ilin iyun ayında iyirmi mininci Bentayga krossoveri, iki ay əvvəl isə səksən mininci Continental GT kupesi buraxılıb.

Bentley markasının tarixindəki yeni mərhələ yaxın zamanlarda başlayacaqdır: britaniya markası 2026-cı ilə qədər bütün modellərini elektrikləşdirməyi, 2030-cu ilə qədər isə daxili yanma mühərrikləri olan avtomobillərin istehsalını dayandırmağı planlaşdırır.