Bentley şirkətinin yeni inkişaf strategiyasına görə, 2026-cı ilə qədər Britaniya markasının bütün modelləri elektrikləşdiriləcəkdir. Bu da W12 mühərrikinin karyerasının sonu deməkdir.

Dünyadakı yeganə W12 mühərriki, Volkswagen konserninin unikal məhsuludur. 2001-ci ildə işıq üzü görmüş aqreqat, o zamandan bəri demək olar ki, bütün Bentley modellərində - Bentayga, Continental GT və Flying Spur, habelə Audi markasının flaqmanı olan A8 sedanında istifadə edilib. Mühərrik kiçik dəyişikliklərlə bu günə qədər gəlib çatıb, lakin indi onun başının üstünü qara buludlar alıb.

Image alt Image alt Image alt

Bentley şirkətinin bu günlərdə təşkil etdiyi onlayn mətbuat konfransında model xəttinin 2026-cı ilə qədər tamamilə elektrikləşdiriləcəyi bildirilib. Bu isə, avtomatik olaraq W12 mühərrikini istefaya göndəriləcəyinə dəlalət edir.

Bentley şirkətinin rəhbəri Adrian Hollmark altı ildən sonra şirkətin bütün modellərinin ya hibrid, ya da elektrik güc qurğuları ilə təchiz ediləcəyini bəyan edib. W12 mühərriki isə uzunmüddətli karyerası zamanı heç zaman hibrid olmayıb, bu səbəbdən də, 2026-cı ilə qədər ekzotik mühərrik Bentley model xəttindən tamamilə çıxarılacaqdır. İstefasının səbəbi ilk növbədə 6,0-litrlik biturbomühərrikinin getdikcə daha sərtləşən ekoloji standartlara uyğunlaşdırılmasının çox bahalı olmasıdır. Hollmark Bentley markasının müştərilərinin 55 faizinin artıq elektrokar almağa hazır olduğunu söyləyib.