Renault şirkəti yeni nəsil Clio modelinin interyeri barədə hazırlanmış videoçarxda hetçbekin eksteryerinin bəzi elementlərini nümayiş etdirib. Xatırladaq ki, yeni Renault Clio bu gün təqdim olunmalıdır.

Beşinci nəsil Clio modelinin ön hissəsi Renault şirkətinin baş dizayneri Lorens van der Akerlə olan kadrlarda nümayiş etdirilib. Videoçarxın əvvəlində iri planda ön və arxa fənərləri görmək olar. Dünən fransız istehsalçısı yeni Clio modelinin interyerini əks etdirilən rəsmi fotoşəkilləri dərc edib.

Image alt Image alt Image alt Image alt