Velosipedlərin istehsalı ilə məşhur olan Danimarkanın Biomega şirkəti il avtomobilini təqdim edib. Danimarka şirkəti ilk elektrokarını Sinqapurun şərəfində SIN adlandırıb. Avtomobilin xarici panellərini karbonla gücləndirilmiş polimerdən hazırlanıbdır. Elektrokar şüşədən hazırlanmış ön hissəyə və şəffaf qapılara malikdir.

SIN modelinin əsasını iki akkumulyatorlar bloku yerləşdirilmiş yastı şassi modulu təşkil edir. Əsas blokun tutumu 14 kilovat-saat, çıxarılan blokun isə 6 kilovat-saata bərabərdir. Bu batareyalar təkər topuna quraşdırılmış dörd elektromotoru qidalandırırlar. Güc aqreqatı ümumilikdə 82 at qüvvəsi və 160 Nm fırlanma anı hasil edirlər.

Çəkisi 950 kiloqram olan elektrokar 100 km/saat həddinə 13 saniyəyə sürətlənir. Onun maksimal sürəti 130 km/saatdır. Dolu batareyalarla SIN 160 kilometr qət edə bilər. Elektrokarın salonunda dörd fərdi oturacaq yerləşdirilib. Nazik ön paneldə sükan, həmçinin cihazlar panelini və multimedia sisteminin funksiyasını yerinə yetirən kiçik planşet bərkidilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt