135 min at qüvvəli Bloodhound SSC avtomobilinin inşası proqaramına son verilib. Xatırladaq ki, Bloodhoumd SSC yeni sürət rekorduna imza atmalı idi. Yaradıcılar komandası işlərin davam etdirilməsi və borcların ödəliməsi üçün gərək olan 25 milyon funt-sterlinq vəsaiti ayıracaq sərmayədarları tapa bilməyib.

2007-ci ildə rekor avtomobilinin yaradılması ilə məşğul olan Bloodhound Programme Ltd şirkəti oktyabr ayının ortalarında iflas elan edilib və kənar idarəetməyə verilib. Proqramın davamına son qoyulmasının əsas səbəbi breksit nəticəsində yaranmış iqtisadi vəziyyət, həmçinin əsas tərəfdaşların və sponsorların layihəni tərk etməsi olub. Onların arasında Jaguar Land Rover və Geely korporasiyası olub.

Xatırladaq ki, bir il bundan öncə, Eurofighter Typhoon qırıcı təyyarəsindən alınmış 135000 at qüvvəli mühərriklə təchiz edilən səsdən sürətli Bloodhound SSC avtomobilinin ilk sınaq yürüşünü həyata keçirilib. Avtomobil Böyük Britaniyanın Kornuoll şəhərinin yaxınlığındakı hava limanının uçuz zolağında 322 km/saat həddinə kimi sürətlənib. Bunun üçün avtomobilə səkkiz saniyə gərək olub.

Sınaqların növbəti mərhələsi, gələn il xüsusi olaraq bu məqsədlər üçün hazırlanmış trekdə keçirilməli idi. Bu trekin Cənubi Afrikadakı Haskin Pan səhrasındakı 18 kilometrlik kəsiyinin olacağı bildirilmişdir. Cəhd 2019-cu ildə baş tutmalı və Bloodhound SSC 1228 km/saat həddini keçməli idi.