BMW şirkəti yeni nəsil 5-Series sedanı və universalının M Performance xəttindən olan yeni modifikasiyanı təqdim edib. Bu modifikasiya BMW M550d adını almışdır. Avtomobil dörd turbokompressorlu altı silindrli dizel mühərriki ilə təchiz edilmişdir.

BMW M550d modifikasiyasının 3,0-litrlik dizel mühərriki 400 at qüvvəsi və 760 Nm fırlanma anı hasil edir. Mühərrikin maksimal dartqı qüvvəsi 2000 -3000 dövr/dəqiqə diapazonunda əlçatandır. Alman istehsalçısının tarixində ən güclü dizel mühərriki olan bu aqreqat 1000 dövr/dəqiqədə 450 Nm təklif edir. Güc aqreqatı iki aşağı və iki yüksək təzyiqli turbokompressorlarla təchiz edilmişdir. Xatırladaq ki, əvvəlki nəsil M550d modelinin mühərriki üç turbokompressorlarla təchiz edilirdi.

BMW mütəxəssisləri iki aşağı və bir yuxarı təzyiqli turbinanın daima çalışdığını, sonuncu turbinanın isə 2500 dövr/dəqiqədən sonra qoşulduğunu bildirmişdirlər.

Dizel mühərriki səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Yerindən 100 km/saat həddinə sedan 4,4 saniyəyə, universal isə 4,6 saniyəyə sürətlənir.  Modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır. BMW M550d modelinin təchizatına xDrive tam çəkiş sistemi, iadrəetmə elektronikasının iş rejimlərinin dəyişdirilməsi, adaptiv kruiz-kontrol, qarajdan avtomatik çıxma funksiyasının uzaqdan idarə edilməsi və 19-düymlük təkər diskləri daxildir. Əlavə ödənişlə 20-düymlük diskləri də sifariş etmək mümkündür.

BMW M550d sedanının satışlarına iyul ayında başlanacaqdır. Universalı sifarişçilər ilin sonunda əldə edə bilərlər

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt