BMW şirkəti flaqman modeli olan 7-Series sedanının yubileyinə həsr edilmiş xüsusi modifikasiyasını hazırlayıb. Edition 40 Jahre adlandırılan modifikasiyadan cəmi 200 ədəd buraxılacaqdır.

Xüsusi seriyadan olan sedanları istənilən mühərrik, standart və ya uzun baza, arxadan çəkişli və ya tam çəkişli ötürmə ilə sifariş etmək mümkündür. Yubiley seriyasından olan sedanları xüsusi modifikasiyanın orta dayaqlardakı embleminə, ön paneldəki işləmələrə  və qapı kandarlarındakı lövhələr görə seçmək olar. 

Bundan başqa, yubiley seriyasından olan sedanlar kuzovun eksklyuziv boyası və interyerin  xüsusi tərtibatı ilə fərqlənəcəkdirlər. 200 avtomobilin hər biri Dinqolfingendəki zavodda yığılacaqdırlar. Bildiyimiz kimi, bu zavodda 1977-ci ildən başlayaraq bütüm yeddinci seriyadan olan sedanları istehsal ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt