BMW şirkəti açıq kuzova malik olan i8 hibridinin seriya öncəsi variantını təqdim edib. BMW i8 Roadster modelinin yeganə gizlədilməyən elementi onun damıdır. Lakin, bu damın hansı materildan hazırlandığı bilinmir.

BMW i8 modelinin açıq variantını ilk dəfə 2012-ci ildə Pekin şəhərində keçirilən motorşouda göstərilmişdir.  Prototip yarışəffaf dam və quraşdırılmış spoyleri olan alın şüşəsi ilə təchiz edilmişdi.

O vaxtdan bəri şirkətdən dəfələrlə belə avtomobili konveyerdə görmək arzusunda olduqlarını bildirsələr də, markanın başçısı Harald Kruger tərəfindən razılıq 2016-cı ildə verilib.

Rodsterin satışına 2018-ci ildə başlanacaqdır.  Avtomobilin güc aqreqatının  dəyişəcəyi barədə məlumat verilməyib. Hazırda i8 kupesi 231 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki və 131 at qüvvəli elektrik mühərriki, batareyalar dəsti və altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.  BMW i8 kupesi 100 km/saat  sürətini 4,4 saniyəyə toplayır. Onun maksimal sürəti 250 km/saatdır. Avtomobil 100 kilometrə 2,1 litr yanacaq sərf edir.