Bu il BMW şirkəti M bölməsinin 50-illik yubileyini qeyd edir. Alman şirkəti bu əlamətdar tarixi qeyd etmək üçün geniş miqyaslı tədbirləri keçirməyi planlaşdırır. Bu gün İnternet şəbəkəsində brendin müxtəlif modellərinin – əfsanəvi və konseptual, yarış və mülki, benzin və elektrik avtomobillərinin “We are M” adlı videoçarx peyda olub.

Videogörüntülərdə yarım əsr bundan əvvəl M bölməsinin  avtomobillərini bəzəyən qədim BMW M nişanını görmək olar. Yeri gəlmişkən, vintaj embelmi 2022-ci ildə sifariş edilmiş bütüm M avtomobilləri alacaqlar. Bu avtomobilləri mart ayından başlayaraq buraxacaqlar. Əlavə olaraq, alıcılar klassik qırmızı “İmola”, sarı “Dakar”, mavi “Makao” və sairə rənglərdə sifariş edə biləcəklər.

Videoçarxda, təəssüflər olsun ki, seriyaya getməyəcək Vision M Next modeli ötəri olaraq göstərilib. Onun əvəzinə dolayı yolla əfasanəvi M1 modelinin varisi olacaq XM krossoveri buraxılacaqdır. M krossoverinin istehsalına bu il başlanmalıdır.

Süjetdə 212 at qüvvəli M 1000 RR superbaykı haqqında da danışılır. Bu bayk S 1000 RR modelinin təkamülü olacaqdır. Bayk alüminium şassidə inşa edilib, lakin idarəolunmanın yaxşılaşdırılması üçün şassinin geometriyası dəyişdirilib. Baykın təchizatına karbondan hazırlanmış 17-düymlük təkər diskləri, aerodinamik komponentlər daxildir. Bundan başqa, bayk üçün beş hərəkət rejimi, dartmaya dinamik nəzarət sistemi, yoxuşda hərəkətə başlama köməkçisi, naviqasiya və 6,5-düymlük TFT displey nəzərdə tutulub.  

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.