Keçən payızda təqdim olunan yeni nəsil BMW M3/M4 ailəsi genişləndirilib. Tarixdə ilk dəfə olaraq, kiçik M-modelləri tam ötürmə sistemini əldə ediblər! Ancaq dörd il əvvəl debüt edən BMW M5 sedanında 4x4 transmissiyası standartdırsa, M3/M4 modelləri üçün bu hələ də bir opsiyadır: arxa ötürməli baza versiyaları hələlik model çeşidində qalırlar.

M xDrive transmissiyası yalnız 510 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli biturbomühərrik ilə təchiz edilmiş M3 Competition və M4 Competition top versiyaları üçün təklif olunur.. Bununla birlikdə, biturbomühərrikin yağlama sistemi yaxşılaşdırılıb, çünki tam ötürməli avtomobillər daha yeyin olublar və sürətlənmə zamanı yüklənmələrin artması bu dəyişikliyi tələb edib. Ötürmələr qutusu - səkkiz pilləli “avtomatdır”.

Konstruktiv olaraq, M xDrive transmissiyası M5 sedanındakı ilə eynidir: gərək olduqda çoxdiskli mufta ön oxu qoşaraq, modelin arxa ötürməli xarakterini qoruyur. Arxa oxda elektron idarəetməsi olan aktiv M differensialı quraşdırılıb, eyni zamanda, sabitləşdirmə sistemi ilə ön ötürmənin söndürülməsi üçün proqram təminatı əlavə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bəli, bu əsl drift rejimidir. Əlavə ödəniş qarşılığında avtomobili drift rejimində sürücülük bacarıqalarını təkmilləşdirməyə kömək edən M Drift Analyzer elektron sistemini quraşdırmaq olar. Tam ötürmə ilə hərəkət üçün isə başqa opsional köməkçi təklif olunur - muftanın müxtəlif dərəcədə müdaxiləsini nəzərdə tutan “arxa ötürmə xüsusiyyətinin” on səviyyədən birini seçməyə imkan verən M Traction Control.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tam ötürməli avtomobillər arxaötürməli versiyalardan 50 kiloqram ağırdırlar: BMW M3 Competition M xDrive sedanının çəkisi 1780 kiloqram, bənzər BMW M4 Competition M xDrive kupesinin isə 1775 kiloqramdır. Ancaq dinamik xüsusiyyətlərinə görə, belə versiyalar arxa ötürməli həmkarlarına “qan uddura” bilərlər: tamötürməli versiyaların 100 km/saat həddinə sürətlənmə müddəti 3.9-dan 3.5 saniyəyə endirilib! Avtomobillərin maksimal sürəti isə ənənəvi olaraq elektronika tərəfindən 250 km/saat həddinə məhdudlaşdırılır. Opsional M Driver’s Package dəstini sifariş etməklə bu həddi 290 km/saata çəkmək olar. Tam ötürücülü BMW M3 və M4 modelləri bu ilin iyul ayında satışa çıxarılacaqdırlar.