BMW şirkəti Competition Package idman dəsti ilə təchiz edilən «bərkgedən» M5 sedanının xüsusi variantını buraxacaqdır. Xüsusi seriyadan olan avtomobillərin istehsalına bu ilin aprel ayında başlanacaqdır.

Yeni modifikasiyanın kütləvi təqdimat mərasiminin mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəyi ehtimal olunur. Bu barədə məlumatı, BMW Driving Experience sürücülük  təcrübəsinin artırılması mərkəzinin başçısına istinadən, Bimmerpost saytı yayıb. BMW M5 Competition Package sedanı gücü 600-dan 625 at qüvvəsinə qədər artırılacaq 4,4-litrlik V8 biturbo mühərriki ilə təchiz edəcəkdirlər. Bundan başqa, avtomobil yenidən tənzimlənmiş asqıya, ötürmələr qutusuna, karbon-saxsı əyləc mexanizmlərinə və alüminium təkər diaklərinə sahib olacaq.

Yeni nəsil M5 sedanı keçən ilin sentyabr ayında keçirilmiş Frankfurt avtosalonunda debüt edib.

Model ön öxa ötürlən fırlanma anını tamailə söndürməyə imkan verən tam çəkis sistemi və 100 fazilik qapanması olan aktiv arxa M differensialı ilə təchiz edilir. Sedan 100 km/saat həddinə 3,4 saniyəyə, 200 km/saat həddinə isə 11,1 saniyəyə sürətlənir.  Onun maksimal sürəti 250 km/saatdır. M Driver’s Package dəstini sifariş etməklə bu həddi 305 km/saata qədər çəkmək mümkündür.