BMW şirkəti yeni nəsil 8 Series Gran Coupe modelinin standart variantını təqdim etməyibdir. Buna baxmayaraq, artıq alman istehsalçısı dördqapılı kupenin «bərkgedən» M variantının prototipinin «Nordşlyayfe» trekindəki sınaqlarına başlayıb. Bu sınaqlardan çəkilmiş videogörüntüləri Automotive Mike YouTube kanalı yayıb.

Hazırda krossoverlərin ənənəvi sedanları sıxışdırmasına baxmayaraq, BMW 4-qapılı kupelərin populyarığından şübhə etmir. Hazırda alman istehsalçısı 8 Series Gran Coupe modelinin təqdimatına hazırlaşır. Kupenin M-variantının sınaqları isə, iki modifikasiyanın debütü arasındakı zamanın çox qısa olacağından xəbər verir. 

İlkin məlumaata görə, 8 Series Gran Coupe artıq bu il satışa çıxmalıdır. Onun «bərkgedən» M8 Gran Coupe variantının satışlarının isə 2020-ci ilin birinci yarısında başlanacağı söylənilir. Audi RS7 Sportback və Mercedes-AMG GT 4-Door Coupe modellərinin rəqibinin 4,4-litrlik V8 turbomühərriki ilə təchiz ediləcəyi ehtimal olunur. Bu aqreqatın 600 at qüvvəsi hasil edəcəyi gözlənilir.