BMW şirkəti istehsalı dayandırılan i8 modelinin sələfi olacaq superkarın layihəsini təsdiq edib. Bu barədə məlumatı "Car & Driver" nəşri dərc edib. İkiyerli superkar, dördsilindrli benzin turbomühərriki və elektromotorlardan ibarət olan, həmçinin məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc qurğusuna malik olacaqdır.. Güc qurğusunun ümumi hasilatı 600 at qüvvəsinə yaxın olmalıdır.

"Car & Driver" nəşrinin bildirdiyinə görə, hibrid superkar keçən il nümayiş etdirilmiş Vision M Next konseptinin seriya variantı olacaq və maksimal dərəcədə prototipə bənzəyəcəkdir. Buna görə də, superkarın yuxarı açılan qapıları, eləcə də karbondan hazırlanmış kuzov elementlərinin qorunub saxlanılacağını da gözləmək olar.

Konsept avtomobili benzin mühərriki və arxa oxda yerləşən iki elektromotordan ibarət olan üçmühərrikli güc qurğusu ilə təchiz edilmişdi. Alman istehsalçısı yeni superkarda 1,5-litrlik üçsilindrli turbomühərriki quraşdırmaqdan imtina edib - onu daha güclü 2,0-litrlik dördsilindrli turbomühərrik əvəzləyəcəkdir. İnsayderlər i8 modelinin sələfinin daha tutumlu və səmərəli batareya ilə təchiz olunacağını, elektrik ötürməsi ilə 97 kilometrə qədər məsafə qət edəcəyini bildiriblər.

Ehtimallar doğrudursa, BMW superkarının istehsalına 2023-cü ilə qədər başlana bilər. Yeni superkar i8 modelindən xeyli baha olacaqdır: onun başlanğıc qiymətinin 160 min dollar səviyyəsində olacağı gözlənilir.