MotoGP pilotu Mark Markes məhdud sayda istehsal edilən BMW M4 CS kupesinə sahib olub. BMW şirkəti tərəfindən təsis edilən illik mükafat mövsümdə ən çox poul-mövqeyi qazanan pilota təqdim olunur.

Mark Markes bu mövsümdə səkkiz poul-mövqeyinə sahib olaraq bu mükafata layiq görülübdür. Lakin, bu Markesin ilk belə mükafatı deyil – ispan pilot 2013-cü ildə qara satin rəngli M6 kupesi ilə təqdimat mərasimindən ayrılmışdı. Bir il sonra isə, ona qırmızı M4 kupesi təqdim olunmuşdu. 2015-ci ildə Markes M6 kabrioletinə layiq görülmüşdü. Keçən il Mark BMW M2 kupesindən istifadə edib.

BMW şirkəti M4 CS kupesini cari ilin aprel ayında təqdim edib.   300 nüsxədən ibarət məhdudlaşdırılmış tirajla satılacaq M4 CS modeli hazırda M4 xəttinə başçılıq edir. M4 CS modeli 460 at qüvvəsi  3,0-litrlik iki turbokompressorlu mühərrikinin gücü 460 at qüvvəsi təşkil edir.Yeddi pilləli Drivelogic funksiyalı M DCT “robotu” ilə tandemdə çalışan turbomühərrik kupeni 100 km/saat həddinə 3,9 saniyəyə sürətləndirir. BMW M4 CS modifikasiyanın maksimal sürəti 280 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıbdır.

Bu modifikasiya mexaniki qutu ilə təklif edilməyəcəkdir. Alman şirkətindən verilən məlumatda M4CS modelinin Nürburqrinqiт "Şimal ilgəyini" 7 dəqiqə 38 saniyəyə qət etdiyi bildirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt