DTM çempionatının keçən həftəsonu Nürburqrinqdə keçirilmiş mərhələsi çərçivəsində BMW şirkəti X3 və X4 krossoverlərinin M-versiyalarını nümayiş etdirib. Trekə çıxan prototiplər firma kamuflyajına bürünmüşdürlər.

Artıq məlumdur ki, M-krossoverlər B58 “mülki” mühərrikinin bazasında yaradılmış 3,0-litrlik altı silindrli S58 biturbo mühərriki ilə təchiz ediləcəkdirlər. Şirkətdən mühərrikin texniki xarakteristikalarını açıqlamasalar da, bu aqreqatının 450-500 at qüvvəsi arasında gücə malik olacağı gözlənilir.

Competition Package dəsti ilə təchiz ediləcək krossoverlər daha güclü mühərrikə malik olacaqdırlar. Əlbəttə ki, X3 M və X4 M modelləri elektronika ilə idarələnən arxa M-differensialına malik olan M xDrive tam çəkiş sistemi ilə də təchiz ediləcəkdirlər.

Zahiri cəhətdən “bərkgedən” krossoverlər adilərindən genişləndirilmiş hava girişləri, iri təkər diskləri və buraxılış sisteminin dörd buraxılış borusu ilə seçiləcəkdirlər. Bundan başqa, X3 M modeli arxa şüşənin üərində quraşdırılan iri spoylerə, X4 M isə beşinci qapının üzərində olan kiçik spoyler ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt