BMW şirkətinin M bölməsi bir gündə dörd yeni modeli təqdim edib. Bunlar BMW X5 və X6 modellərinin M və M Competition versiyalarıdır. Məlum məsələdir ki, hər dörd modelin kapotunun altında iki güc variantına malik olan eyni mühərrik yerləşir.

X5 M və X6 M modelləri 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki, 8-pilləli M Steptronic “avtomatı” və aktiv differensiala malik olan tam ötürmə sistemi ilə təchiz edilir. Qeyd etmək lazımdır ki, yeni krossoverlər sələflərindən 25 at qüvvəsi güclüdürlər. Yeni “bərkgedən” krossoverlər əvvəlkinə nisbətən ilk “yüzlüyə” sürətlənməkdə 0,3 saniyə yeyin olublar. Yəni indi krossoverlər sürətlənməyə 3,9 saniyə sərf edirlər. Maksimal sürətə gəldikdə isə 250 km/saatlıq həddə məhdudlaşdırılan sürəti 290 km/saata qədər artırmaq olar. Məlum məsələdir ki, bir balaca xərc çəkib M Driver’s Package dəstini almaq gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

X5 M Competition və X6 M Competition versiyaları da sələflərindən 25 at qüvvəsi daha güclüdürlər. Onlar 100 km/saat həddini 3,8 saniyəyə toplayırlar. Maksimal sürətə gəldikdə isə burada da vəziyyət M modellərindəki ilə eynidir.

“Bərkgedən” krossoverlər yenidən gözdən keçirilmiş asqı sistemi ilə təchiz edilirlər. Model adaptiv M-amortizatorları, aktiv stabilizasiya sistemi, üç rejimi (Comfort, Sport, Sport+) olan asqı sistemi, 21-düymlük təkər diskləri daxildir. Competition versiyaları isə 22-düymlük təkər diskləri ilə təklif edilirlər. Modellər öndə 395 mm diskləri və 6-porşenli supportları, arxada 380 mm diskləri olan M əyləc mexanizmlərinə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cütlük tərkibinə hava axınına müqavimət cəhətdən optimallaşdırılmış yan güzgülər daxil olan firma aerodinamik dəsti və yeni radiator barmaqlığı ilə təchiz olunur. Competition variantları isə kuzovun qara rəngli tərtibat eləmənləri ilə təklif edilirlər. X5 M Competition və X6 M Competition modellər adi M variantları üçün opsional olan M Sport buraxılış sistemi ilə təchiz edilirlər. Bu sistem daha gur səsə malikdir.

Krossoverlərin salonunda idman oturacaqlarını, dəri ilə üzlənmiş M sükan çarxını, alüminium və ya karbondan dekor elementlərini, əlavə işıqlandırmanı və ötürmələr qutusunun orijinal coystikinı görmək olar. Avadanlıq siyahısına firma multimedia sisteminin son variantı, 12,3-düymlük displey və virtual cihazlar paneli daxil edilib. ABŞ-da BMW X5 M 105100 dolaardan, X5 Competition – 114100 dollarda, X6 isə, müvafiq olaraq, 108600 və 117600 dollardan başlayan qiymətlər ilə satılacaqdır.