BMW şirkəti ən güclü “mulki” 5 Series modeli olan M550i xDrive sedanını daha güclü mühərrik ilə təchiz edib. Sedanın təchiz edildiyi 4,4-litrlik V8 TwinTurbo aqreqatı M850i versiyasından götürülüb. Yeni aqreqat 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir.

Bundan başqa, alman istehsalçısı BMW 530e modelini tutumu artırılmış batareya ilə və tamçəkişli ötürmə ilə təchiz edib. Eyni zamanda, M550i xDrive, M550d xDrive və M5 modellərinin opsiyalar siyahısına 650 metrə qədər vuran BMW Liserlight lazer-lyuminofor fənərləri daxil edilib.

Bundan əlavə, BMW 3 Series modelinin yeni tamçəkişli versiyaları və hybrid modifikasiyası da peyda olub. İyul ayından başlayaraq bu bu modelləri M Sport asqısının passiv və aktiv versiyaları ilə də sifariş etmək olar.

BMW 8 Series modelinin altısilindrli versiyası da təklif ediləcəkdir. BMW 840i modifikasiyası 340 at qüvvəli 3,0-litrlik mühərrik, səkkiz pilləli “avtomat”,  arxa və ya tamçəkişli ötürmə ilə təchiz edilir. Bu gündən başlayaraq bütün 8 Series modellərini M Sport oturacaqları ilə də sifariş etmək olar.

BMWX2 modeli də yeniliklərdən nəsibini alıb – krossover standart olaraq LED fənərlər ilə təchiz ediləcəkdir. X2 modelini opsional olaraq M Sport əyləcləri və naviqasiyanın sifarişi halında 8,8 düymlük displey ilə təchiz etmək olar. BMW X3 və X4 modelləri opsional idman oturacaqlarına və M Sport Individual təchizat xəttinə sahib olublar. Yeni BMW X5 krossoverinin model xəttində 231 at qüvvəsin’ və 450 Nm fırlanma anına malik edən xDrive25d dizel versiyası da peyda olub. Yay aylarında satışa 394 at qüvvəli BMW  X5 xDrive45e qoşulan hibridi də çıxarılacaqdır.

BMW Z4 rodsterinin sDrive20i başlanğıc versiyası üçün mexaniki qutu, BMW M4 kupe və kabrioleti üçün isə HiFi səs sistemi və M Competition dəsti əlçatan olub.  Bu dəstin tərkibinə stabilizasiya sisteminin idman tənzimləmələri, elektronika ilə idarələnən amortizatorlar və M-oturacaqlar daxildir.