BMW şirkətinin rəhbərliyi M-model cərgəsinə McLaren 570S modelinə rəqib ola biləcək superkarı əlavə etmək niyyətindədir. Yeni model, şirkətin elektrikləşmə, ultrayüngül kompozitlər və yeni materiallar sahəsində olan nailiyyətlərinin nümayişi olacaqdır.

“Autocar” dərgisi alman istehsalçısının işləmələr bölümünün başçısı Klaus Froliçə istinadən superkartın əsasını i8 modelinin emal edilmiş karbonplastikdən hazırlanmış platformasının təşkil edəcəyini bildirib. Superkarın güc qurğusu benzin mühərrikindən və bir neçə elektromotordan ibarək olmalıdır. BMW i8 modelindən fərqli olaraq, məişət şəbəkəsindən qidalanan hibrid üç silindrli deyil, sıralı altı silindrli mühərrikə sahib olacaqdır. Güc aqreqatı 700 at qüvvəsi hasil edəcəyi gözlənilir.

Yeni superkar 2023-cü ildə satışa çıxmalıdır. BMW mütəxəssisləri 2023-cü ilə kimi, daha effektiv elektromotor və batareyaların peyda olacağından əmindirlər. Məsələn, onların bildirdiyinə görə, yenilənmiş eDrive bloku 200 at qüvvəsi və 513 Nm hasil etməlidir. Hibridin qiyməti 150 min funt-sterlinq olmalıdır.