Bu ilin sonunda BMW şirkəti X3 modelinin hibrid modifikasiyasının istehsalına başlayacaqdır. BMW X3 xDrive30e adlandırılan model elektrik ötürməsi ilə 50 kilometr qət edəcəkdir. Onun 100 kilometrə sərf etdiyi yanacağın səviyyəsi qarışıq rejimdə 2,4 litr olmalıdır. xDrive tam çəkiş sistemi hibriq aqreqatın istənilən rejimində aktiv olacaqdır.

X3 xDrive30e modelinin məişət şəbəkəsinə qoşulan güc qurğusunun tərkibinə 2,0-litrlik benzin turbomühərriki və elektromotor daxildir. Qurğunun ümumi hasilatı 252 at qüvvəsi təşkil edir. İntensiv sürətlənmə zamanı qurğunun gücü qısa müddətə 41 at qüvvəsi arta bilər. Hibrid modifikasiya 100 km/saat həddinə 6,5 saniyəyə sürətlənir.

Avtomobilin aparıcı litium-ion batareyası yerə qənaət etmək üçün arxa oturacaq cərgəsinin altında yerləşdirilib. Bu, 450 litrlik baqaj bölümünün həcmini qoruyub-saxlamağa imkan verib.