BMW şirkəti X5 modelinin Çindəki istehsalına start verib. Bu günə qədər BMW Brilliance birgə müəssisəsinin model çeşidində ən iri krossover X3 modeli idi, bütün böyük modellər isə Çinə Amerikadan idxal olunurdu. İndi isə, BMW X5 modeli lokallaşdırılacaqdır.

Söhbət SKD yığılma prosesindən deyil, tam istehsal dövründən gedir. Buna görə də, yerli bazar üçün krossoverin zavoddaxili G18 indeksli (adi model G05 indeksinə malikdir) uzunbazalı versiyası yaradılıb.

Krossoverin təkər bazası 130 millimetr artaraq 3105 millimetrə çatıb. Ənənəvi olaraq, belə artımdan arxa sərnişinlər yararlanırlar: cərgələr arasındakı məsafə artırılıb, uzadılmış arxa qapılar hazırlanıb, kuzovun ortasındakı calağı vizual olaraq itirmək üçün isə, damın forması dəyişdirilib. Bununla belə, qabarit uzunluğuna görə X5 modeli (5060 millimetr) adi X7 krossoverinə (5151 millimetr) çatmayıb.

Uzadılmış krossover üçün kürək hissəsinin meyl bucağı dörd dərəcə artırılmış yeni arxa divan hazırlanıb. Qalan cəhətdən uzunbazalı krossover qlobal modeli təkrarlayır. Opsiyalar arasında “idman” M-paketi, lazer-lyüminofor fənərləri, panoram dam var. Alıcılar salonun bir neçə tərtibat variatından birini seçə bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt

X5 modelinin modifikasiya çeşidində iki variant olacaqdır: 272 at qüvvəli 2,0-litrlik mühərriki olan BMW X5 xDrive30Li və 370 at qüvvəli 3,0-litrlik altısilindrli mühərriki olan BMW xDrive40Li. Hər iki versiya da 8-pilləli “avtomat” və tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Standart olaraq, adaptiv yaylı asqı təklif edilir, altısilindrli avtomobillər üçün isə, pnevmoasqını da sifariş etmək mümkündür.

Uzunbazalı X5 krossoverləri BMW Brilliance Automotive birgə müəssisəsinin Şenyandakı zavodunda istehsal ediləcəklər. Yerli krossoverlərin idxal versiyalardan ucuz olacağı gözlənilir. Sonuncular Çində 111 min dollardan başlayan qiymətlər ilə satılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.