Son zamanlar avtomobil istehsalçıları arasında mövcud olan modellərin "tündləşdirilmiş" versiyalarının təklif edilməsi xüsusi vüsət alıb. Bu seriyadan olan növbəti layihə BMW şirkəti tərəfindən təqdim edilib.

Bavariya istehsalçısı X7 krossoverinin Dark Shadow Edition adlı versiyasını hazırlayıb. 'Tündləşdirilmiş" avtomobil X7 M50i indeksinə malik krossoverin əsasında yaradılıb. Krossover 530 at qüvvəsinə malik olan 4,4-litrlik V8 mühərriki və səkkiz pilləli avtomatik transmissiya, tam ötürmə və pnevmatik asqı ilə təchiz edilmişdir.

Yeni modifikasiyanın xüsusiyyətləri eksteryer və interyerin tündləşdirilmiş tərtibat elementləri, həmçinin xüsusi opsiyalar dəstidir. 'Tünləşdirilmiş" seriyadan olan BMW X7 modeli yalnız bir kuzov rəngi ilə təklif olunur - BMW Individual kataloqundan olan  frozen Arctic Grey. Krossoverin bütün xarici xrom elementləri qara parlaq rəngə boyanıblar.

Ön bamper, radiator barmaqlığı. damdakı relinqlər və səsboğucu sistemin çıxış borularının ucluqları qara rəngə boyanıbdırlar. Bundan əlavə, krossover 22-düymlük qara təkər diskləri il təchiz olunmuşdur.

Krossoverin salonu qara və tünd mavi rənglərdə olan Merino dərisi ilə üzlənir. İnteryerdəki bəzi elementlərin tərtibatında bənzər rəngdə alkantara və nappa dərisindən istifadə olunur. BMW X7 krossoverinin əsas avadanlıqlar siyahısına adətən yalnız opsiya şəklində təklif edilən bir sıra paketlər əlavə edilmişdir. Məsələn, sürücü köməkçiləri dəsti, qış paketi, habelə xüsusi komfortlu oturacaqlar.

"Tünd' seriyadan olan krossoverin alıcısına verilən yeganə seçim ikinci oturacaq cərgəsinin konfiqurasiyasının müəyyən edilməsidir. Belə ki, müştəri ənənəvi üç nəfərlik divanı və ya iki fərdi "kapitan" kreslosunu seçə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bavariya istehsalçısı X7 Dark Shadow Edition modelini 600 nüsxəlik tirajla buraxmağı planlaşdırır. Avtomobil yalnız seçilmiş bazarlarda təklif ediləcəkdir. Bu günə qədər yalnız Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş krossoverin qiyməti açıqlanıb: 75 nüsxədə satılacaq krossoverin qiyməti 119.495 dollar təşkil edir.