BMW şirkətinin Individual bölməsi M850i kupesinin Night Sky adlı xüsusi versiyasını hazırlayıb. Yrganə nüsxədə inşa edilmiş avtomobilin interyer tərtibatında meteorit parçalarından istifadə edilib.

Xüsusi modifikasiyanın hazırlanması zamanı BMW mühəndisləri Maks Plank adına yerdənkənar fizika institutunun mütəxəssisləri ilə məsləhətləşiblər. Meteorit daşının hissəcikləri ilə mərkəzi konsol, mühərriki işə salma düyməsi və iDrive sisteminin şaybası, ötürmələr qutusunun selektoru və qapı kandarlarındakı lövhəciklər bəzədilibdir.

Kupenin digər xarici və daxili detallarının tərtibatında Vidmanştetten strukturundan istifadə edilib. Bu struktur, əsl meteoritdə olduğu kimi, elementlərin düzgün yerləşməsi ilə seçilir: belə strukturu oturacaqların tikişlərində, güzgü gövdələrində və ön qanadlardakı dekorda görmək olar. Mərkəzi dirsəkaltında ulduzlu səmanı xatırladan işıqdiodları yerləşdirilibdir. 

Bundan başqa, BMW M850i Night Sky modeli  BMW Motorsport tərəfindən hazırlanmış və 3D printerində çap edilmiş əyləc supportları ilə təchiz edilib. Bu mexanizmlər standart variantdan 30% yüngüldürlər. Xatırladaq ki, M850i kupesi 530 at qüvvəsi hasil edən 4.4-litrlik biturbo V8 mühərriki ilə hərəkətə gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt