BMW şirkətinin amerikan bölümü Twitter social şəbəkəsində bayram zarafatı dərc edərək “əzəli dostu” Mercedes-Benz şirkətinə “ilişib”. Əlbəttə ki, əks tərəfin cavabı gecikməyib. Ən maraqlısı odur ki, BMW dizaynerlərinə bir sıra nüanslarla həddən ziyadə aludə olduqları barədə şirkətin alıcıları deyil, birbaşa rəqibi işarə edib.

Bavariyalılar sosial şəbəkədə BMW avtomobilinin təsviri olan çexol ilə örtülmüş Mercedes-Benz modelinin şəklini yerləşdiriblər. Şəkil - “İndi istənilən avtomobil özünün sevimli superqəhrəmanın paltarını geyinə bilər”, - sözləri ilə müşayət olunub. Tviti #HappyHallowen #BMW həştəqləri və @MercedesBenzUSA hesabı ilə komplektləşdiriblər. Tvit dərc ediləndən 1 saat sonra ştutqartlılardan cavab gəlib. Cavab tviti belə olub: “Yaxşı cəhddir, BMW USA. Bu, həqiqətən də qorxulu kostyumdur. Xüsusən də radiator barmaqlığı...”.

Bununla iki bölmənin “atışması” sona çatıb, çox güman ki, BMW şirkətinin amerikan bölməsi layiqli cavab tapa bilməyib. Həqiqətən, bir çoxları bavariyalı dizaynerləri radiator barmaqlığı ilə həddən ziyadə aktiv şəkildə eksperiment apardıqlarına görə məzəmmət edirlər. Radiator barmaqlığı BMW X7 krossoverinin peyda olması ilə böyüməyə başlayıb, sonra isə BMW 7 Series bayraqdar sedanın yenilənmiş versiyası debüt edib. Bəzi konseptlərdə isə firma “burunlarının” ölçüsü təsəvvür edilməz ölçülərə çatıb.

Eyni zamanda, BMW markasının şef-dizayneri Ədrian van Hoydonk dizaynın təkamül istiqamətinin şirkətin strategiyası və taktikasına uyğun gəldiyini, həmçinin bavariya avtomobillərinin dizaynının dəyişməsinin vacib olduğunu bildirib.