Çin Sənaye Nazirliyinin məlumat bazasında Great Wall Hover modelinin varisi adlandırılan Haval B06 ofrouderi barədə məlumat peyda olub. Məlumat bazasında ofrouderin şəkilləri ilə yanaşı,ölçüləri və texniki xüsusiyyətləri də dərc olunub.

Sertifikasiya sənədlərinə əsasən, B06 modelinin uzunluğu 4620 millimetr, eni - 1890 millimetr, hündürlüyü - 1780 millimetr, təkər bazasının genişliyi isə 2738 millimetr təşkil edir. Avtomobilin təchizatına 18 və 19 düymlük təkər diskləri daxil edilib. Güc qurğusuna gəldikdə isə, model Çin bazarında 169 at qüvvəsinə malik olan 1,5-litrlik turbomühərriki ilə təklif ediləcəkdir. Ofrouder rama konstruksiyasına,tam ötürmə sisteminə, mərkəzi və arxa differensial kilidlənməsinə sahib olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, B06 modelinin hərəkət rejimlərinin seçilməsi sistemini əldə edəcəyi də məlum olub. Altı seçim mövcuddur: qənaətcil, standart, idman, həmçinin yol örtüyünün növündən asılı olaraq "qum", "palçıq" və "qar".

Xatırladaq ki, Haval şirkəti əvvəl B06 kod adı ilə tanınan yeni krossover üçün ən yaxşı adın seçilməsi üzrə elan etdiyi müsabiqəni yekunlaşdırıb. Səsvermə WeChat platformasında baş tutub və iştirakçılar arasında ən böyük rəğbəti 大狗 variantı qazanıb - «Dà gǒu» kimi səslənən ieroqlif «böyük köpək» kimi tərcümə edilir. Beləliklə, Haval krossoverinin adı ingilis dilində Big Dog kimi yazılmalıdır. Lakin, şirkət modelin ixrac versiyaları üçün bu adı istifadə etməsi o qədər də real görünmür.