Brabus şirkəti, bu günlərdə işinə başlayacaq Frankfurt avtosalonuna güclü “donanma” ilə qatılmaq niyyətindədir. Artıq, alman mütəxəssislərinin hazırladığı 900 qüvvəli Mercedes-AMG S65 kabrioleti və 700 qüvvəli Mercedes-AMG E63 sedanı barədə saytımızda söhbət açmışıq.

Bottropdan olan şirkətin Frankfurtda nümayiş etdirəcəyi növbəti “şah əsəri” ən güclü Mercedes-AMG G65 ofroderinin bazasında yaratdığı Brabus 900 modelidir. 10 ədədlik tirajla buraxılacaq “uçan kərpicin” hər bir nüsxəsi 666000 avroya satılacaqdır. Brabus mütəxəssisləri, ilk növbədə,  avtomobilin 6,0-litrlik V12 biturbo mühərrikinin iş həcmini 6,0-litrdən 6,3-litrə qədər artırmışdırlar.

Mühərrik üzərində aparılmış təkmilləşdirmələr nəticəsində onun gücü 888 at qüvvəsinə, fırlanma anı isə 1500 Nm-ə qədər artırılıb. Buna baxmayaraq, dünyanın ən güclü ofroderinin sahibinin ixtiyarında 1200 Nm fırlanma anı olacaqdır. Texniki səbəblərdən alman mütəxəssisləri fırlanma anını elektronika vasitəsi ilə məhdudlaşdırmaq qərarına gəliblər.

Mercedes-AMG G65 ofroderinə 100 km/saat həddinə sürətlənməyə 5,3 saniyə tələb olunsa da, Brabus mütəxəssisləri tərəfindən hazırlanmış “kərpic” bu işə 3,9 saniyə sərf edir. Bundan başqa, ofroderin maksimal sürət həddi də 230-dan 270 km/saata qədər yüksəldilib.  Avtomobilin zahiri görkəminin malik olduğu güc xarakteristikalarına uyğun gəlməsi üçün, o karbondan hazırlanmış xüsusi aerodinamik kuzov dəsti ilə təchiz edilir. Bu dəst avtomobilin enini 12 santimetr artırıb. Üstəlik, Bottrop mütəxəssisləri ofroderi Yokohamça şinləri geyindirilmiş 23-düymlük təkər diskləri ilə təchiz ediblər. Avtomobilin interyeri də xüsusi olaraq tərtib edilmişdir. Siz burada standart oturacaqlarla rastlaşa bilməzsizniz.

Dörd fərdi oturacaqla təchiz edilmiş salon avtomobilin sahibinin arzu və təkliflərinə əsasən tərtib ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt