Brabus şirkəti Mercedes-AMG E63 sedan və universalı üçün nəzərdə tutulmuş tüninq proqramını təqdim edib. Alman tüner “bərkgedən” sedan və universalların gücünü 88 at qüvvəsi artırmağı təklif edir.

Əlbəttə, kimsələrə isə Mercedes-AMG E63 S 4Matic+ modelinin 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikinin hasil etdiyi 612 at qüvvəsi və 850 Nm fırlanma anı qeyri-qənaətbəxş görünə bilər. Yüksək güc aşiqlərinin diqqətini Bottropa yönəltməyə məsləhət  görərdik.

Brabus mütəxəssislərinin müdaxiləsindən sonra avtomobilinizin mühərriki 700 at qüvvəsi və 900 Nm fırlanma anı təşkil edəcəkdir.  Doqquz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan güc aqreqatı sedanı 100 km/saat həddinə 3,2 saniyəyə, universalı isə 3,3 saniyəyə sürətləndirir.

Avtomobillər paslanmayan poladdan hazırlanmış və səsi tənzimlənən buraxılış sistemi ilə təchiz edilir. Avtomobilin sürücüsü “Evə yaxınlaşma” rejimindən istifadə edərək,  buraxılış sisteminin səs səviyyəsini ətrafdakılar üçün daha dostcasına edə bilər.  Brabus 700  modelləri  karbondan hazırlanmış xüsusi aerodinamik kuzov dəsti ilə təchiz edilir.

Bu dəstin tərkibinə slitteri və iri hava girişləri olan ön bamper, yan ətəklər, diffuzor quraşdırılmış arxa bamper və arxa spoyler daxil edilmişdir. Müştərilər bir neçə növ 21-düymlük təkər disklərindən seçmək təklif olunur. Frankfurtda nümayiş etdiriləcək avtomobillərin interyeri qara-qırmızı rəngli dəri ilə üzlənmiş salona malik olacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt