Alman Brabus atelyesi Shadow 900 Black Ops Signature Edition adlandırdığı yeni qayığını təqdim edib. Bu, ümumi gücü 900 at qüvvəsinə bərabər olan iki Mercury Marine yarış mühərriki, həmçinin avtopilot və “rəqəmsal lövbər” funksiyası ilə təchiz olunmuş 11-metrlik bağlı kabinli qayıqdır. “Kölgə” göyərtəyə 10-12 nəfəri götürə bilər. Onlar üçün açıq istirahət zonası və bir neçə kayut nəzərdə tutulub.

Belə qayıqları Finlandiyanın Axopar Boats gəmiqayırma tərsanəsində əsasən əl ilə yığırlar - yalnız korpusu bərabərləşdirmək, boyamaq və cilalamaq üçün altı həftəyə qədər vaxt lazımdır.

Yenilik əvvəlki Black Ops qayığından ön göyərtədəki istirahət zonası, LED projektoru, mühərriklərin qara rəngli hava yönləndiriciləri və falşbortlardakı ayaqaltıların işıqlandırılması ilə fərqlənir.

Qayıq 10-12 sərnişin üçün nəzərdə tutulub. Kabin sürüşərək açılan qapılara və yumşaq qatlanan dama malikdir. Ön kayutda iki yerlik çarpayı var. Kayutların tərtibatında karbondan və rombşəkilli tikişləri olan bahalı dəridən istifadə olunur.

İdarəetmə postu iki ekranlı sensorlu Simrad paneli ilə təchiz olunub - bu paneldə naviqasiya, multimedia və köməkçi sistemlərin tənzimləmələrini əks etdirilir. Sərnişin tərəfində daha iki displey quraşdırılıb. Onlar cari sürəti və Panerai rəqəmsal saatındakı vaxtı göstərirlər.

Shadow 900 Black Ops Signature Edition iki Mercury Marine 450R Verado XL mühərrikləri ilə təchiz edilir. Hər bir mühərrikin iş həcmi 4,6 litr, hasilatı isə, 450 at qüvvəsi təşkil edir. Bu cütlük qayığı maksimal 102 km/saat həddinə sürətləndirir.

Manevrləri asanlaşdırmaq üçün, genişləndirilmiş Mercury Skyhook funksiyalarına çıxışı təmin edən coystiklə idarəetmə sistemi quraşdırılıb. Onların arasında “rəqəmsal lövbər” (GPS ilə tutuşdurub yoxlamanı həyata keçirən elektronika külək və cərəyandan asılı olmayaraq qayığı müəyyən edilmiş nöqtədə saxlayır) və tamölçülü avtopilot var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qayığı müxtəlif modifikasiyalarda sifariş etmək olar. Məsələn, tam açıq arxa göyərtə və yaxud skamya və ya bar olan versiyada. Brabus x Jobe Shadow firma aksessuarları ayrıca siyahı ilə təklif edilirlər. Onların arasında jiletlər, SUP-lövhələr, şortlar və digər aksessualar var.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.