Breitling şirkəti Bentley Continental GT modelinin yeni nəslinin buraxılması şərəfinə xüsusi qol saatını hazırlayıblar. 500 nüsxədən ibarət məhdud sayda buraxılacaq xronoqrafın rəng sxemi, Bentley markasının avtomobillərində istifadə edilən Dark Sappihe rənginə olacaqdır.

Saatın gövdəsi titan və poladdan yüngül və möhkəm olan Breitlight adlı materialdan hazırlanıb. Xronoqraf 48 millimetrlik diametrə malikdir və xronoqrafların rəsmi testlərini aparan İsveçrə institutunun sertifakatına malik olan özüqurulan B06 manufaktura kalibri olan mexanizm ilə təchiz edilib. Xronoqrafın gediş ehtiyatı 70 saat, su keçirmə qabiliyyəti isə 100 metrdir. Saatın qolbağısı kauçukdan hazırlanıb. Xatırladaq ki, bu ilin yanvar ayında Breitling şirkəti 700 at qüvvəli Continental Supersport modelinin buraxılması şərəfinə Supersports B55 saatını hazırlamışdı. Bu saat titandan gövdəyə, işıqlandırmalı iki displeyə və eyni zamanda iki saat qurşağını dəstəkləmək, həmçinin smartfonla Bluetooth vasitəsi iə qoşulmaq funksiyasına malikdir.

Bentley və Breitling şirkətləri 2003-cü ildən əməkdaşlıq edirlər. Həmin il İsveçrə şirkəti Continental GT modelinin ön paneli üçün saat hazırlamışdı. Saat şirkətinin sonuncu işlərindən biri Bentley Bentayga modeli üçün nəzərdə tutulan və 170 min dollar dəyərində olan turbiyonlu saatdır.

Image alt Image alt Image alt Image alt Image alt