Budwieser pivəsinin istehsalı ilə məşğul olan Anheuser-Busch şirkəti 40 ədəd Tesla Semi elektrik yük avtomobili sifariş edib. Hesab etsək ki, bir yük avtomobilinin qiyməti 150 min dollar təşkil edir, sifariş edilən partiya, pivə istehsalına altı milyon dollara başa gələcəkdir.

Şirkət yük avtomobillərindən Budwieser pivəsinin çatdırılması şəbəkəsində istifadə etmək niyyətindədir. Bu, 2025-ci ilə zərərli tullantıların əməliyyat səviyyəsini 30 faiz azaltmağa yardım etməlidir. Anheuser-Busch   ticarət şəbəkəsinin ölçülərini nəzərə alsaq, elektrik yük avtomobillərinin istifadəsi bütün dünya üzrə hər il 500 min avtomobilin istismarından imtina edilməsinə bərabərdir. Bundan öncə 10 Tesla yük avtomobilini sifariş etdiyini DHL xidməti təsdiq edib. Electrek saytının məlumatlarına görə, öncədən sifariş edilən yük avtomobillərinin sayı 200 ədədi keçib.

Tesla Semi elektrik yük avtomobili noyabr ayının ortalarında təqdim edilib. Yük avtomobili arxa oxda yerləşdirilən dörd elektrik mühərriki ilə hərəkətə gəlir. Güc qurğusunun xarakteristikaları açıqlanmasa da, yük avtomobilinin 100 km/saat həddinə beş saniyəyə sürətləndiyi və 805 kilometr yürüş məsafəsinə malik olduğu bildirilib. Bundan başqa, İlon Mask Tesla Semi modelinin 40 tonluq yedəklə 60 mil/saat (96 km/saat) həddinə 20 saniyəyə sürətləndiyini bildirib. Eyni zamanda, yüklənmiş avtomobil beş dərəcəlik yoxuşda 105 km/saat sürəti ilə hərəkət etmək iqtidarındadır