Bir müddətdir ki, Bugatti şirkətinin Montereydə keçiriləcək Avtomobil həftəsində EB110 SS modelinin davamçısını təqdim etməyə hazırlaşdığı barədə şayiələr dolaşırdı. İstehsalçısı isə, hissələr bölünmüş rəsmi məlumat və dumanlı tizerlərlə bölüşməyə üstünlük verirdi. Nəhayət, bu gün, fransız istehsalçısı yeni videoçarx dərc edərək, 16 avqust tarixində Pebbl-Biçdə yeni hiperkar təqdim ediləcəyini bəyan edib.

Bugatti əvvəllər də, Pebbl-Biçdə keçirilən tədbirdə yeni model təqdim edib. Buna misal, keçən ilki Zəriflik müsabiqəsi çərçivəsində debüt edən Bugatti Divo hiperkarını göstərmək olar.

Bugatti dərc etdiyi videoçarxda dağıdılmış şəkili təxəyyülünüzün hesabına tamamlamağı və onu həftənin əvvəlində dərc edilmiş çarxla müqayisə etməyi təklif edir. Həmin videoçarxda EB 110 SS modelinin tanınan elementləri əks etdirilib. Bunlara misal olaraq, pəncərələrin yanındakı yumru hava girişlərini və güclü mailliyi olan ön hissəni göstərmək olar. 

Yeni hiperkar 10 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Çox güman ki, avgtomobillərin əksəriyyəti artıq satılıb. Hər bir hiperkarın qiyməti 8 milyon avro təşkil edir. İlkin məlumata görə, Chron modelinin əsasında yaradılmış yeni hiperkar Bugatti markasının tarixindəki ən güclü avtomobil olacaqdır.