Buick Encore krosasoveri bizə yaxşı tanış olan Opel Mokka modelinin amerikalı əkiz qardaşıdır. Bu krossoveri nəinki ABŞ-da həmçinin Çində də satırlar. Bu səbəbdən də yeni Encore modelinin debütü məhz Şanxay avtosalonunda keçirilib. Bundan başqa, krossoverin Encore GX adlı iri variantı da debüt edib.

Standart Buick Encore modeli praktiki olaraq əvvəlki ölçülərini qoruyub-saxlayıb. Krossoverin qabarit uzunluğu 4295 millimetr, eni 1798 millimetr, hündürlüyü isə 1607 millimetr olub. Beləliklə, yeni model sələfindən 17 millimetr uzun, 18 millimetr enli və 40 millimetr alçaqdır. Yeni Buick Encore modelinin əsasını GM konserninin yeni BXX platforması təşkil edir. Avtomobilin təkər bazası da 15 millimetr böyüyərək 2570 millimetr olub. Gələcəkdə GM bu platformada müxtəlif markalardan olan yığcam modelləri buraxmaq niyyətidədir.

İri Buick Encore GX modeli də BXX platformasında inşa edilib. Krossoverin təkər bazası 2640 millimetrə qədər uzadılıb, lakin bu Encore GX modelinin adi krossoverin uzunbazalı versiyası olduğuna dəlalət etmir. Avtomobilin ön hissəsinin tərtibatı və kuzov panelləri tamamilə orihinaldır. Hətta, iki avtomobilin qapı girişləri də fərqlənir. Encore modelinin qabarit uzunluğu 4463 millimetr, eni – 1813 millimetr, hündürlüyü isə 1642 millimetrdir.

İstehsalçı krossoverlərin interyerinin şəkillərini dərc etməyib. Mühərrik çeşidinə gəldikdə isə, krossover yalnız üçsilindrli benzin turbomühərrikləri ilə təchiz edilir. Buick Encore 116 at qüvvəli 1,0-litrlik və 158 at qüvvəli 1,3-litrlik, Encore GX isə 165 at qüvvəli 1,3-litrlik mühərrik ilə təklif ediləcəkdir. Transmissiyalar – variator və 9-pilləli “avtomatdır”.

Yeni krossoverlər haqqında məlumat ilin ikinci yarısında açıqlanacaqdır. Avtomobillərin istehsalı ilə SAIC GM birgə müəssisəsi məşğul olacaqdır. Çox güman ki, Buick Encore GX modeli sonradan amerikan bazarına da çıxarılacaqdır.

Image alt Image alt Image alt Image alt

Eyni zamanda, Buick Şanxayda seriyaya hazır olan ultradəbdəbəli konseptual GL8 Avenir minivenini təqdim edib. Konsept hazırki modelin restaylinqdən sonra necə görünəcəyi barədə təsəvvür yaradır, onun interyeri isə ənənəvi çin qoxua nəqqaşlıq sənətinə hörməti əks etdirir. Konsept hazırki Buick GL8 Avenir modelindən ön hissənin tərtibatı ilə seçilir. Miniven başqa çoxseqmentli LED fənərləri, tor şəklində olan radiator barmaqlığı və xrom “buynuzları” olan bamperi ilə seçilir.

Minivenin salonunda multimedia sisteminin displeyi ilə uyğunlaşdırılan rəqəmsal cihazlar panelini və 14-düymlük proyeksiya displeyini görmək olar. Kreslolardakı naxış şəlalənin sxematik təsvirindən ibarətdir. Tünd-göy tavan, kaşemirdən hazırlanmış döşəmə örtüyü, açıq-boz və qara-göy aksentlər ənənəvi çin qoxua nəqqaşlığından xəbər verir. Arxa fərdi oturacaqların arasında şərab dolabı və şüşə soyuducuları olan mərkəzi dirsəkaltı ilə bölünüblər.