Buick şirkəti özünün model xəttindəki cari modellərin dəbdəbəli variantlarını ayırmaq üçün xüsusi subbrend təsis etmişdir. Yeni marka Avenir adını almışdır. Bununla belə, Buick şirkəti Avenir xətti haqqında geniş məlumatı bir müddət sonra açıqlayacağını bildirmişdir.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, Avenir xəttindən olan avtomobillər xüsusi radiator barmaqlığını, iki təkər disklərini, nadir kuzov rənglərini, interyerin xüsusi tərtibatını və xüsusi emblemləri əldə edəcəkdir. İlk dəfə Avenir (fransızcadan tərcümədə “gələcək” deməkdir) adnı 2015-ci ildə Detroyt avtosalonunda bambuk və ipəkdən istifadə edilmişdir. Konseptual sedanın avadanlıq siyahısına havanın ionizatoru, 12-düymlük sensorlu ekranı olan IntelliLink multimedia sistemi, smartfonların naqilsiz doldurulması, sürücünün smartfonunu aşkar edərək fərdi tənzimləmələri yükləyən Wi-Fi giriş nöqtəsi daxil idi.

Hal-hazırda amerikan istehsalçılarından yalnız Ford şirkəti dəbdəbəli Vignale subbredindən olan avtomobilləri təklif edir. Bunlar Mondeo, Edge və S-Max modellərinin top variantlarıdır.