Cadillac şirkəti ictimaiyyəti özünün yeni flaqmanı olacaq Celestiq elektromobilinin təqdimatına hazırlamağa davam edir. Bu dəfə amerikan istehsalçısı elektrik modelinin qırmızı dəri ilə işlənmiş dəbdəbəli interyerinin bəzi detallarını nümayiş etdirən yeni tizerləri paylaşıb. Batareyalı Cadillac avtomobilinin debütü iyulun sonuna planlaşdırılıb.

Birinci şəkildə qara parlaq örtüyü, hərəkət rejimlərinin şaybası və kiçik əşyalar üçün saxlama bölməsi olan konsolu görmək olar. Növbəti tizerlərdə oturacaq və pəncərələri idarəetmə elementləri, dəlikli dəri ilə üzlənmiş, metal işləmələri və işıqlandırması olan kreslonun bir hissəsi göstərilir. Sonuncu tizerdə səs sisteminin dinamiklərindən birinin metal barmaqlığı nümayiş olunur.

Cadillac Celestiq modelinin multimedia sisteminin böyük ekranını, dörd hissəyə bölünmüş və çox güman ki, şəffaflığı tənzimlənən panoram damı əldə edəcəyi məlumdur. Flaqman elektrokarının eksteryeri əvvəlki tizerlər seriyasında qismən açıqlanıb.

Image alt Image alt Image alt Image alt

Cadillac Celestiq matrisalı LED fənərləri, tam ötürmə sistemini, dönən arxa təkərləri və ola bilsin ki, Ultra Cruise avtopilotunu alacaqdır. Elektromobil kuzovun güc strukturuna quraşdırılmış 100 kilovat-saatlıq batareyası olan Ultium modul platforması əsaslanacaqdır. 350 kilovat gücündə terminalların dəstəklənməsi və 650 kilometrlik yürüş ehtiyatı ehtiyatı vəd edilir.

Celestiq Miçiqan ştatının Uorren şəhərindəki zavodda istehsal ediləcəkdir. Elektrik flaqmanı əsasən əl ilə və sifariş əsasında yığılacaq və onun yüzdən çox komponenti 3D printerində çap olunacaqdır. Ona görə də, flaqmanın qiyməti kifayət qədər böyük olacaqdır - təxminən 200 min dollar. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.