Kiçik İtalyan istehsalçısı olan Manifattura Automobili Torino şirkəti Cadillac markasına məxsus olan və Blackwing kimi tanınan 4,2-litrlik V8 biturbo mühərrikindən istifadə etmək imkanını əldə edib.

Cadillac şirkəti Blackwing mühərrikini hazırlamaq üçün kifayət qədər vaxt və pul sərf edib. Bununla belə, mühərrik yalnız bir modelin - bu ay istehsalına son verilənCT6-V bayraqdar sedanının kapotu altına yer alıb. Yeni CT5-V idman sedanında da bu mühərrikdən istifadə etməyi planlaşdırsalar da, iki turbomühərrikə malik olan 4,2-litrlik V8 aqreqatı mühərrik bölməsinə sığmayıb. Nəticədə, Blackwing mühərrikinin gələcəyi qeyri-məlumdur. Cadillac şirkətindən yaxın gələcəkdə bu mühərrikdən istifadə edilməyəcəyini bildiriblər.

Buna baxmayaraq, Hagerty nəşrinə görə, Cadillac modellərində olmasa da, biturbomühərrik hələ də yaşayacaqdır. Məsələn, yenidən bərpa edilmiş Stratos və Aspark Owl EV hiperkarını istehsal edəcək Manifattura Automobili Torino şirkəti Blackwing mühərrikindən istifadə etmək imkanı əldə edib. MAT şirkətinin rəhbəri Paolo Qarellanın sözlərinə görə, şirkət səkkizsilindrli Cadillac mühərikindən məhdud sayda  buraxacağı yeni modelə istifadə edə bilər. “General Motors ilə müqaviləmiz var. Bu, həddə ziyadə çox maraqlı bir mühərrikdir", - Qarella qeyd edib.