Polşanın Carlex Design atelyesi özünün ən son işlərindən birini – interyer tərtibatında narıncı rəngli dəridən istifadə edilmiş BMW X6 M krossoverini nümayiş etdirib. Göründüyü kimi, polyaklar Arancia Leonis rəngli nappa dərini götürüblər – bu dəri Lamborghini Urus krossoveri üçün də təklif olunur. Üstəlik, tüner bir qədər zamşa da əlavə edib. Bundan əlavə, X6 M krosoveri karbondan hazırlanmış yeni kuzov dəstini və xarici dekoru da alıb.

Ümumiyyətlə, Carlex Design tüninq atelyesinin mütəıxəssisləri təcrübə aparmağı sevirlər. Məsələn, onlar  Ferrari 812 GTS superkarının salonunu kudu qəzalının və ya camış dərisi, Mercedes-Benz X-Class pikapını isə, Maybach modellərində istifadə olunan Nappa Porzellan dərisi ilə üzləyə bilərlər.

Atelyenin son işlərindən biri o qədər epatajlı olmasa da, maraqlıdır. Bu, adi BMW X6 M krossoveridir, lakin onun salonu tamamilə alkantaradan əlavələri olan narıncı nappa ilə üzlənib.

Bu narıncı rəng Lamborghini tərəfindən istifadə edilən eyni rəngdir. İtalyanlar bu çaları Arancia Leonis adlandırırlar. Eyni rəngli haşiyələri tünd-göy rəngə boyanmış kuzovun üzərində də (splitterdən tutumuş yan ətəklərə, spoylerdən tutmuş diffuzora qədər) görmək olar. Kuzovun rəngi BMW Individual kataloqundan olan Tanzanite Blue rənginə bənzəyir.

Bu arada, X6 M modelinin kapotu altında 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən standart 4,4-litrlik V8 tvin-turbo mühərriki yerləşir. Transmissiya - Drivelogic funksiyası və ayrıca yağ soyuducusu olan səkkiz pilləli M Steptronic avtomatik ptürmələr qutusudur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin özünün kinematikası, asqısının isə elastokinematikası var. Krossover adaptiv amortizatorlar və kompozit əyləc diskləri ilə təchiz edilib. X6 M modeli 100 km/saata qədər sürətlənməyə 3,8 saniyə, 200 km/saata isə 13,2 saniyə sərf edir. Maksimal sürət - 250-290 km/saatdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.