İtaliyadan olan İtaldesign Giugiaro kuzov atelyesi Cenevrə avtosalununda GT Zero adlı konsepti təqdim etmişdir. Əvvəl də xəbər verdiyimiz kimi, avtomobilin adındakı Zero sözü «sıfır tullantı» mənasını daşıyır. Həqiqətən də, konsept üç elektrik mühərrikindən ibarət olan güc aqreqatı ilə hərəkətə gəlir. Bu mühərriklərdən ikisi qabaq oxda, üçüncüsü isə arxa oxda yerləşdirilmişdir. Bu konsept, atelye tərəfindən yaradıcısı olan Corcetto Cucaronun onu tərk etdikdən sonra hazırlanmış ilk avtomobilidir.

Shooting brake tipli kuzova malik olan avtomobilin uzunluğu 4918 millimetr, eni - 1974 millimetr, hündürlüyü isə 1274 millimetrdir. GT Zero konseptinin təkərlərarası bazası 2875 millimetrə bərabərdir. Avtomobil üzərinə karbonplastikdən hazırlanmış kuzov panelləri asılmış geniş əhatəli ramada yığılmışdır. Avtomobilin tam çəkisi 1980 kiloqramdır.

GT Zero konseptinin elektrik mühərriklərinin ümumi gücü 483 at qüvvəsidir. Dolu batareyalarla avtomobil 500 kilometr məsafə qət etmək iqtidarındadır. Bu batareyaların elektrik şəbəkəsindən 80 faizi səviyyəsində doldurulması üçün yarım saat tələb olunur.

Bundan başqa, avtomobil tam idarəedilən şassi, öndə 22-düymlük, arxada isə 23-düymlük təkər diskləri ilə təchiz edilmişdir. Avtomobilin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır.

GT Zero modelinin cihazlar paneli və mərkəzi konsolu OLED texnologiyası əsasında hazırlanmış displeylərdən ibarətdir. Sürücü avtomobili «Pista» («Trek») rejiminə keçirdiyi zaman, bu displeylərin konfiqurasiyası dəyişir. İtaldesign Giugiaro atelyesinin nümayəndələri yeni konseptin atelyenin keçmiş modelləri ilə müasir prototipləri arasındakı əlaqəni nümayiş etdirdiyini bildirmişlər.

Belə ki, avtomobilin dizaynında 1997-ci ilin Alfa Romeo Scighera və 1995-ci ilin Daewoo  Bucrane konseptlərinin elementlərindən istifadə edildiyi söylənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt