İnfiniti şirkəti Q60 kupesinin bazasında yaradılmış yeni konsepti təqdim etmişdir. Black S indeksini almış avtomobil Formula 1 bolidlərində tətbiq edilən enerjinin rekuperasiyası sistemi (ERS) olan hibid güc aqreqatı ilə təchiz edilmişdir. Prototipin kütləvi təqdimatı Cenevrə avtosalonunda keçiriləcəkdir.

Konsept yapon istehsalçısının Renault F1 komandası ilə texniki əməkdaşlığının nəticəsidir.

Avtomobil komandanın Paris yaxınlığındakı mənzil-qərargahında hazırlanmışdır. Yaradıcılar qarşılarına Formula 1 bolidindəki rekuperasiya sisteminin seriya avtomobilinə minimal dəyişikliklərlə köçürülməsini məqsəd kimi qoymuşdurlar. Əsas olaraq tam çəkişli və iki turbokompressorlu 3,0-litrlik V6 mühərriki olan İnfiniti Q60 modeli götürülmüşdür. Avtomobil 405 at qüvvəsinə malikdir və 100 km/saat həddini 5,1 saniyəyə toplayır.  Konseptin yaradıcıları relupersiya sisteminin tətbiqinin kupeyə «turbolaq olmadan ani sürətlənməni» təmin etdiyini bildirmişdirlər. KERS sistemi müəyyən müddət ərzində mühərrikin gücünü təxminən 500 at qüvvəsinə qədər artırmaq imkanı verir. Bununla belə, prototipin dinamik xüsusiyyətləri açıqlanmamışdır. İnfiniti Q60 Black S modelinin dizaynına İnfiniti şirkətinin Avropadakı dizayn mərkəzinin başçısı Mət Viver cavabdeh olmuşdur.

Kupe tamamilə yeni və çoxlu sayda aerodinamik komponentləri olan aqressiv dəstinə, arxa bamperin mərkəzində yerləşdirilmiş buraxılış boruları cütlüyünə, iri antiqanada, kapotdakı havalandırma girişlərinə və 21-düymlük təkər disklərinə sahib olmuşdur.

Image alt Image alt Image alt Image alt