Bu günlərdə internetdə 650S modelinin xələfi olacaq 720S superkarının ilk rəsmi fotoşəkli peyda olmuşdur. Şəkil Bloomberg saytı tərəfindən dərc edilsə də, sonradan silinmişdir. Britaniya istehsalçısı avtomobilin kamuflyajlı variantının yarış trekində drift etməsinin videoçarxını da yaymışdır. Yeni modelin kütləvi təqdimatı 3 gündən sonra işinə başlayan Cenevrə avtosalonunda baş tutacaqdır.

Bu çarxda istehsalçının test-pilotu Kris Qudvin yeni superkarın idarəedilməsinin xüsusiyyətləri və onun konstruksiyası barədə məlumat verir. Eyni zamanda, istehsalçı, 200 km/saat sürətindən avtomobilin tam dayanması üçün 4,6 saniyənin və yaxud 117 metrin tələb edildiyini bildirmişdir. Bu məsafə 650S modelində olduğundan altı metr azdır və P1 hibrid hiperkarının modelinin göstəricilərinə yaxındır.

Bir müddət bundan əvvəl, britaniyalılar 720S superkarının 200 km/saat həddinə 7,8 saniyəyə sürətləndiyini bildirmişdirlər. Müqayisə üçün, 650S modelinə bu işə 8,4 saniyə gərəkdir. Yeni superkar 720 at qüvvəli dörd litrlik səkkiz silindrli mühərriklə hərəkətə gələcəkdir. Avtomobil karbondan hazırlanmış monokoka, təkmilləşdirilmiş adaptiv şassiyə, üsusi drift-rejimə, yeni buraxılış sisteminə və aktiv aerodinamik elementlərə malik olacaqdır.