Audi şirkəti Italdesign və Airbus şirkətlərinin uçan avtomobil layihəsinə daxil olmaq qərarına gəlib. Artıq Cenevrə avtosalonunda Pop up prototipinin alman markasının avtomobillərinə uyğun dizayn edilmiş variantı da nümayiş etdirilib.

Pop up prototipi keçən il debüt edib. Yeni təqdim edilən konsept keçən ilkindən yalnız dizaynı ilə fərqlənir. Italdesign və Airbus prototipinin əsasını iki yerli kapsula-salon təşkil edir.

Şərtlərdən asılı olaraq, kapsula təkərli platformaya və yaxud dörd pəri olan uçan modula birləşir. Hər iki halda prototip elektrik ötürməsi ilə hərəkətə gəlir. Yaradıcıların fikrincə, bu ya digər platformadan istifadə olunması mobil əlavə ilə müəyyən edilir ki, bunun üçün də təyinat nöqtəsini mobil əlavəyə daxil etmək gərəkdir. Bundan sonra sistem, hansı rejimin əlverişli olacağına özü qərar verəcəkdir. Modullardan biri istifadə olunmazsa, o avtomatik olaraq enerji yükləmə stansiyasına yollanacaqdır. Tələbat olduqda, modul yenidən görüş nöqtəsinə qayıdacaqdır.

Fevral ayında Airbus şirkətinin A³ bölümü pilotsuz uçan taksinin sınaqlarını aparıb. Vahana layihəsi üzərində işlər iki ildir ki aparılır. Airbus tərəfindən uçan taksinin ilk təsvirləri 2016-cı ildə təqdim edilib.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt